top
Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilib
30 may 2024, 03:19
- +

Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilib

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 30 may tarixində xəbər verir.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Mustafa Abbasbəyli gətirilib.

Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001-2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

M.Abbasbəyli 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 14:33

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

Bütün Xəbərlər
Bu gün, 14:31

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 13:40

Naxçıvanda kadr dəyişiklikləri baş tutub

Bütün Xəbərlər
Bu gün, 11:42

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Bütün Xəbərlər
Bu gün, 11:22

Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcəklər

Bütün Xəbərlər
Bu gün, 09:50

DMX: Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyat qaydalarını pozması halları artıb

Bütün Xəbərlər
Dünən, 17:31

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız gedə bilərsiniz - SİYAHI

Bütün Xəbərlər
Dünən, 16:48

Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

Bütün Xəbərlər
Dünən, 16:07

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Bütün Xəbərlər
Dünən, 16:04

Qisas əməliyyatından 4 il ötür

Bütün Xəbərlər
Dünən, 15:59

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Bütün Xəbərlər
Dünən, 15:01

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:08

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 12:08

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 10:48

Bakıda velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişməsində təhlükə: Sərnişinlər və sürücülər risk altındadır

Bütün Xəbərlər
Dünən, 09:33

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün Xəbərlər
Dünən, 09:31

Əfsanəvi Ceki Çan film çəkilişləri üçün Bakıya gəlib

Bütün Xəbərlər
01 avqust 2026, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
01 avqust 2026, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
01 avqust 2026, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
01 avqust 2026, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
01 avqust 2026, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
01 avqust 2026, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
01 avqust 2026, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Oxşar xəbərlər