Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı məntəqəsində səs verib.
Seçkilərdə:
- hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev,
- namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc,
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev,
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa,
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev,
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
- namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.