Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində avtomobil piyadanı vurub. Bu haqda aprelin 8-də APA xəbər yayıb.
Məlumata görə, 58 yaşlı qadın yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Bununla yanaşı, Nərimanov rayonunun Ziya Bünyadov prospektində “Mercedes” markalı avtomobil yolayrıcında işıq dirəyinə çırpılıb. Buna səbəb sürücünün idarəetməni itirməsi olub.
Nəticədə sürücü və onun 27 yaşlı sərnişini xəsarət alıblar. Avtomobil isə deformasiyaya uğrayıb.
Faktlarla bağlı araşdırmalar davam edir.