Naftalan polisi qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri profilaktiki-əməliyyat tədbirlərini davam etdirir. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Şəhər sakini Polis Şöbəsinə gələrək bir müddət əvvəl Goranboy rayonu ərazisindən tapdığı 1 ədəd "Kalaşnikov" markalı avtomatı və 1524 ədəd 7.62 mm-lik patronu könüllü təhvil verib.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
[caption id="attachment_139944" align="alignnone" width="696"]
Foto DİN[/caption]