İki gün əvvəl Xırdalanda nənə və nəvəni vuran sürücü tutulub. Bu haqda noyabrın 2-də APA xəbər yayıb.
Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədovu avtomobil vurub. Nəticədə onlar xəstəxanaya yerləşdiriliblər. Solmaz Əsədova orada ölüb. Avtomobil isə hadisə yerindən qaçıb.
Qəzanı törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nağıyev saxlanılıb.
Araşdırma aparılır.