Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb. Bu barədə 28 avqust tarixində Report məlumat verib.
Onun meyiti ötən gün axşam saatlarında tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yelləncəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib və nəticədə suya düşərək boğulub.
Fakt araşdırılır.