Bakıda gənc oğlanı güllələyən şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
26 iyun tarixində paytaxtın Nərimanov rayonunda Tural Kosayevi odlu silahla qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı İsmayıl Allahverdiyev polis əməkdaşları tərəfindən tutulub.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
[video width="464" height="848" mp4="https://insanoid.com/storage/thumbs/large/2024/06/Bakida_Metro_Parkin_qarsisinda_cinayati_toratmakda_subhali_bilinan.mp4"][/video]