Narkotik vasitənin təsiri altında qeyri-etik hərəkətlər edən sürücü həbs edilib. Bu barədə İnsanoid bu gün, 12 iyun tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Bakı şəhəri Nərimanov rayonunun H.Əliyev prospektində “Toyota” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün saxlanılıb.