NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.
Bununla bağlı o, 26 may tarixində öz Twitter hesabında paylaşım edib.
X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Tərəflər ikitərəfli əməkdaşlığı, həmçinin Ermənistanla normallaşma əlaqələrini müzakirə ediblər.
Good meetings in Baku with FM @Bayramov_Jeyhun and Assistant to the President @HikmetHajiyevz. Discussed #NATO-?? bilateral cooperation, ??’ role in energy security, and status of peace process after recent talks. #NATO supports the normalisation of relations between ??&?? pic.twitter.com/HQSFHhXiec
— Javier Colomina (@JavierColominaP) May 26, 2023