Naxçıvanda məktəb uçqunu nəticəsində ölənlərin şəxsiyyəti məlum olub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hadisə nəticəsində dörd nəfər fəhlə həlak olub: 2000-ci il təvəllüdlü Qadir Süleymanov, 1972-ci il təvəllüdlü Həsən Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, 1988-ci il təvəllüdlü Asəf Rüstəmov. Bir nəfər - 26 yaşlı Alı Əliyev xəsarət alıb.
Hazırda araşdırma davam etdirilir.
Xatırladaq ki, martın 31-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində tikinti işləri aparılan 3 saylı tam orta məktəbin bir hissəsi çökmüşdü.