Naxçıvanda bıçaqlanma hadisəsi olub. Bu barədə 27 noyabr tarixində APA məlumat yayıb.
Hadisə Babək rayonunun Zeynəddin kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Zeynəddin kənd sakini Hacıyev Ayxan Aqil oğlunun 2005-ci il təvəllüdlü həmkəndlisi Tağıyev Məhəmməd Nail oğlu tərəfindən bıçaqlandığı bildirilir.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd Tağıyev saxlanılıb. Hadisə şəxsi münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.