Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 62 yaşlı işçisi işdə vəfat edib. Bu barədə 28 iyun tarixində APA məlumat verib.
Hadisə bu gün idarədə qeydə alınıb.
Belə ki, Naxçıvan şəhər Qaraçuq kənd sakini, 1961-ci il təvəllüdlü Seyidov Mirismayil Miryusif oğlu işdə qəfildən ölüb. Onun ölümünə səbəb ürək tutması olub. İlkin məlumata görə, M.Seyidov uzun zamandır ürək xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır.