Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifələrinə Emin Kazımov təyin olunub. Bu haqda məlumatı İnsanoid bu gün, 25 fevral tarixində verir.
Emin Kazımov təyinatdan öncə Naxçıvan MR Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, Şahbuz rayonunda anadan olan Emin Kazımov 20 ildir ki, ədliyyə orqanlarında xidmət edir.