Naxçıvan Muxtar Respublikası Xəstəxanasının baş həkimi Zəbur Bağırov işdən çıxarılıb. Bu barədə İnsanoid Muxtar Respublikanın Səhiyyə Nazirliyinə istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Z.Bağırov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Xəstəxananın baş həkimi vəzifəsinə hələlik təyinat yoxdur.