Azərbaycanda şagird özünü asıb. Bu barədə 8 noyabr tarixində Ölkə.az məlumat verib.
Hadisə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğancıq Mehrab kəndində qeydə alınıb. Burada yaşayan 12 yaşlı Q. A. özünü öldürüb.
Şagird 6-cı sinifdə təhsil alırmış. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, bir müddət öncə də həmin kənddə məktəbli özünü asaraq həyatına son qoyub.