Naxçıvanda ticarət mərkəzində yerləşən ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 16 yanvar tarixində məlumat verir.
N.Məmmədov sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə 2000-dən çox şəxsin məlumatlarını əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.