Naxçıvan şəhəri ərazisində yerləşən fəaliyyəti dayandırılmış inzibati binaların birindən 22 ədəd radiatorun oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 15 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Mövsüm Nağıyev, Ata Rzayev, İsa Bəndəliyev və Arzu Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.