Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 27 dekabr tarixində xəbər verir.
Şəhərin Çənlibel məhəlləsində avtomobil yolu keçən 22 yaşlı Babək rayon Qahab kənd sakini Fariz Nəcəfovu vurub.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.