Naxçıvanda qadın boğularaq qətlə yetirilib. Bu barədə 19 iyun tarixində Report məlumat verib.
Bildirilib ki, iyunun 19-da saat 08 radələrində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 2000-ci il təvəllüdlü Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.