Naxçıvanda 3 yaşlı uşaq mismar udub. Bu barədə 7 aprel tarixində APA məlumat verib.
Hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayonunun Böyükdüz kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Əlisoy Əli Ceyhun oğlu evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib.
Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir.