Naxçıvanda 41 yaşlı kişi intihar edib. Bu barədə 28 iyun tarixində APA məlumat verib.
Hadisə Babək rayonunun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Abdullayev Anar Eldar oğlu özünü asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd olunub ki, A.Abdullayev Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.