Naxçıvanda ər və arvad dəm qazından zəhərləniblər. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Naxçıvan şəhər sakinləri, 33 yaşlı Nəsimi Məmmədzadə və 28 yaşlı Səma Məmmədzadə dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.