Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb. Bu barədə 7 iyul tarixində Report məlumat verib.
Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 09:00-dan 19:00-a qədər deyil, saat 07:00-dan 19:00-a qədər işləyəcək.
Paralel olaraq, aviabiletlərin onlayn satışı da həyata keçirilir.