Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə 24 yanvar tarixində APA məlumat verib.
Hadisə şəhərin Çənlibel məhəlləsində (14 nömrəli məktəbin qarşısında) qeydə alınıb.
Qarlı havada avtomobil yolu keçən məktəbin xadiməsi - 1970-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Zeynalova Teyfə Cavanşir qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.