Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.
Bu barədə 27 iyul tarixində Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
21-22 sentyabr tarixlərində keçiriləcək turnir Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq.
Bölgədə təşkil olunacaq ilk beynəlxalq yarışda kiçik yaşlı, yeniyetmə və gənc gimnastlar mübarizə aparacaqlar.