Naxçıvan Ali Məclisi Bəxtiyar Məmmədovun Muxtar Respublikanın Baş nazirinin yeni müavini təyin olunmasını təsdiqləyib. Bu barədə Report 1 avqust tarixində xəbər verib.
Muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin fərmanı təsdiqlənib.
Bəxtiyar İbrahim oğlu Məmmədov iyunun 20-də Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib.