Naxçıvan Muxtar Respublikasında Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Bayram namazı Naxçıvan şəhərindəki Heydər məscid kompleksində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.
“Yüzlərlə sakinin qatıldığı bayram namazında ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb”, - məlumatda qeyd olunub.
[gallery link="file" columns="2" size="full" ids="120449,120450"]