Naxçıvanda bəzi qanunların ləğvi barədə qərar qəbul edilib. Bu barədə Oxu.az 16 may tarixində xəbər verib.
Qanunların müzakirəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında baş tutub.
Naxçıvan Muxtar Respublikasında “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunlar bu gün Ali Məclisdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında ləğv edilib.