Naxçıvan MR-də çörəyin qiyməti azaldılıb. Bu barədə 17 iyul tarixində Report məlumat verib.
Bu gündən muxtar respublikanın pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə deyil, 40 qəpiyə satılır.
Çörəyin ucuzlaşması dünya bazarında taxılın ucuzlaşması ilə izah olunur.