Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə daha iki vəzifəli şəxs işdən azad olunub. Bu barədə 28 iyul tarixində APA məlumat verib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad ediliblər.
İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunublar.