Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə hazırlanan "Gənclər həftəsi" proqramının icrasına başlanılıb. Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil olunub. Sonra gənclər üçün bədii film nümayişi baş tutub.
"Gənclər həftəsi" çərçivəsində intellektual oyun, dəyirmi masa, təlim və idman yarışı da təşkil olunacaq. Fevralın 2-də isə gənclərin mükafatlandırılması mərasimi keçiriləcək.
Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərzinə cəlb olunmaları, intellektual səviyyələrinin yüksəldilməsi, dünyagörüşülərinin zənginləşdirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsidir.