Naxçıvanda iki qadın arasında yaranan mübahisə dava ilə bitib. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Belə ki, Naxçıvan şəhərində saç ustası gözəllik salonuna gələn qadına bıçaqla hücum edib.
Onların arasında yaranan mübahisənin səbəbləri tam məlum deyil. İlkin məlumatlara əsasən, hadisə qısqanclıq zəminində baş verib.