Culfada usta iş vaxtı qəza nəticəsində xəsarət alıb. Bu barədə 21 yanvar tarixində APA məlumat verib.
Naxçıvan Dəmir Yolları MMC-də çalışan 1991-ci il təvəllüdlü Culfa rayon, Yaycı kənd sakini Şahin Həbibovun əli dəzgaha düşüb.
Şahin Həbibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib və sol əlinin barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.