Naxçıvanda kafedə dava baş verib. Bu barədə APA 3 iyul tarixində xəbər verib.
Ötən gün gecə saatlarında kafedə iki şəxsin mübahisəsi dava ilə nəticələnib.
Hadisə zamanı Babək rayon Məzrə kənd sakini, 41 yaşlı Nicat Allahverdiyev xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.