Naxçıvanda bıçaqlanma hadisəsi baş verib. Bu barədə 22 iyun tarixində APA məlumat verib.
Hadisə dünən gecə saatlarında şəhərin kafelərinin birində qeydə alınıb.
Belə ki, dava nəticəsində Naxçıvan şəhər 56-cı məhəllə sakini, 1995-ci il təvəllüdlü Yusifli Xəlil Məzahir oğlu bıçaqlanıb. Sol böyrək və sol dirsək nahiyəsindən ciddi xəsarət alan zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.