Naxçıvan şəhərində ənənəvi “Kətə” festivalı keçirilib. Bu barədə 8 aprel tarixində BakuTV xəbər yayıb.
Tədbir “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunub. Burada muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak ediblər.
Qonaqlar müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyiblər.