Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb. Bu barədə 8 avqust tarixində Report Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.
Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.