Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad edilib.
Bu barədə 14 avqust tarixində APA məlumat yayıb.
Bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.
Digər sərəncamla Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
O, eyni zamanda nazirin vəzifələrini də müvəqqəti icra edəcək.