Naxçıvan şəhərində maşın vuran kişi xəstəxanada ölüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Altı gün öncə gecə saatlarında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınan qəzada 65 yaşlı İbrahim Fətəliyev xəsarət almışdı.
İ.Fətəliyev hadisədən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Taksi tərəfindən vurulan 65 yaşlı kişi dünən gecə saatlarında həmin xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.