Naxçıvan Muxtar Respublikasında 2022-ci ildə 8 piyada həyatını itirib. Bu barədə 28 fevral tarixində Report məlumat verib.
“Ölüm və xəsarətlə nəticələnən hadisələrin 53%-i məhz piyadalarla bağlıdır”, - Naxçıvan DİN DYPİ-nin Təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov bildirib.
Həyatını itirənlərlə yanaşı, 20 piyada da müxtəlif xəsarətlər alıb.