Naxçıvan şəhərində 8 nəfər qidadan zəhərlənib. Bu haqda bu gün, 21 mart tarixində APA məlumat verib.
Bayram axşamı şəhər sakinləri - 28 yaşlı Türkanə İbrahimova, 35 yaşlı Nahidə Rzayeva, 48 yaşlı Məhəbbət İbrahimova, 69 yaşlı Səbahət Allahverdiyeva, 64 yaşlı Kişvər Muradova, 91 yaşlı Hökümə Məmmədova, 26 yaşlı Röya Babayeva və 59 yaşlı Elmira Bünyadova qidadan zəhərlənmə ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Zərərçəkənlərin vəziyyətlərinin sabit olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.