Naxçıvanda növbəti mövsümə start verilib. Bu haqda 17 yanvar tarixində Report-a istinadən xəbər veririk.
Belə ki, Naxçıvanın Ağbulaq Xizək Mərkəzində qış turizmi başlayıb. Muxtar respublikada bu il qarın az yağmasına görə qış mövsümünə gec başlanılsa da, istirahət mərkəzində artıq bütün xidmətlər aktivdir.
Xizək Mərkəzinə gələn qonaqlar qar motorundan istifadə edə bilərlər. Həmçinin Ağbulaq təbiətinin gözəlliyini kanat vasitəsilə seyr edə bilərlər.