“Ziraat Bank Azərbaycan”ın Naxçıvanda filialı fəaliyyətə başlayacaq. Bu barədə APA 18 yanvar tarixində xəbər verib.
Yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bankın Naxçıvanda filialının açılması təklif olunub.
Toplantıda Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, xüsusilə inşaat sektoru üzrə fəaliyyət göstərən iş adamları üçün biznes kreditlərinin əlçatanlığının təmin olunması perspektivləri müzakirə edilib.
Görüşdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iştirak edib.