Naxçıvanda üç qurum ləğv olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 2 avqust tarixində xəbər verir.
Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib.