Naxçıvanın Babək rayonunda yanğın olub. Bu barədə 19 avqust tarixində APA məlumat verib.
Hadisə rayonun Cəhri qəsəbəsində qeydə alınıb. Yardımçı tikiliyə yığılan ot bağlamalarında yanğın baş verib.
Hadisə nəticəsində 14 qoyun, bir inək yanaraq tələf olub.
Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
[gallery link="file" columns="4" size="full" ids="126322,126324,126323,126326"]