Bu ilin yanvar ayında Naxçıvan şəhərində əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün lazımi işlər görülüb.
Bu barədə İnsanoid Naxçıvan Şəhər İcra Hakimiyyətinə istinadən bildirir.
Elektrik hava xəttində olan 1 yarımstansiyada yenidənqurma işləri aparılıb və 1 yarımstansiyada 630 kVA gücündə transformator quraşdırılıb. Ay ərzində istismara yararsız dirəklər yenisi ilə əvəz olunub və yeni tikilmiş yaşayış evlərinə 23 ədəd smart-kart tipli sayğac quraşdırılıb.