Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə Report 26 iyun tarixində xəbər verib.
Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır. Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.
Naxçıvanda yol qəzasında 5 nəfər ölüb 10:15
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.
Qəza zamanı, habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.