Naxçıvan şəhərindən Kəngərli rayonunun Xok kəndinə və əks-istiqamətdə hərəkət edən avtobusların sayı artırılıb. Bu barədə 11 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Marşrut xəttinə sınaq məqsədilə əlavə 2 iritutumlu avtobus salınıb.
Bu avtobuslar gün ərzində Naxçıvandan Xoka 2 reys (07:40-18:00) və Xokdan Naxçıvana 2 reys (08:20 -18:40) yerinə yetirəcək.
Xatırladaq ki, hazırda həmin marşrut xəttində gün ərzində 12 reys olmaqla sərnişindaşıma fəaliyyəti həyata keçirilir.