Naxçıvandan olan şəhid ailələrinin Şuşaya səfəri təşkil olunacaq. Bunu Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bildirib.
Bu barədə 14 iyul tarixində Report məlumat verib.
Cəlilov deyib ki, ilkin mərhələdə 25 nəfər şəhid ailəsi üzvünün Şuşa şəhərinə səfəri təşkil ediləcək. İlk səfərdə Şuşa uğrunda döyüşən şəhidlərin ailələri və qazilər iştirak edəcəklər. Səfərlər mərhələli şəkildə işğaldan azad edilən digər ərazilərimizə də reallaşdırılacaq.