Naxçıvan Muxtar Respublikası təhsil naziri təyin edilib. Bu barədə İnsanoid bu gün, 31 may tarixində xəbər verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri təsdiq edilib.
E.Nəcəfov buna qədər təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.